Qalina Voskoboyeva-Monika Nikulesku cütlüyü “Baku Cup” turnirində finala çıxıb

Qalina Voskoboyeva-Monika Nikulesku cütlüyü “Baku Cup” turnirində finala çıxıb

Tennis üzrə "Baku Cup" turnirinin 7-ci günündə cütlərdə yeganə oyun Monika Nikulesku (Rumıniya)-Qalina Voskoboyeva (Qazaxıstan) ilə Noppavan Lertçivakarn (Tailand)-Daniyella Dominikoviç (Avstraliya) arasında keçirilib. Sisport.az saytı xəbər verir ki, mərkəzi kortda keçirilən bu yarımfinal oyununda Nikulesku-Voskoboyeva cütlüyü rəqibləri üzərində 2-0 (6:4, 6:0) hesablı asan qələbə qazanaraq finala yüksəlib. Onların rəqibləri bu gün keçiriləcək digər yarımfinal oyunundan sonra müəyyənləşəcək.
Bu gün qazaxıstanlı tennisçi Q.Voskoboyeva fərdi yarışda da 3-cü mərhələyə çıxıb. O, Anastasiya Pavlyuçenkova üzərində qələbə qazanaraq fərdi yarışda idman karyerasında ilk dəfə olaraq yarımfinala çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə