\"Xəzər Lənkəran\"ın vitse-prezidenti Tuyqun Nadirovun Mübariz Mənsimov təfindən İstunbula çağırılması barədə xəbərlər təsdiqlənməyib.Siasport.az saytı xəbər verir ki, hazırda Bakıda olan klub rəsmisi bir qədər əvvəl Fanat.az-ın əməkdaşı ilə görüşərək, bir sıra suallara aydınlıq gətirib.
Nadirov baş məşqçi məsələsinin artıq həll olunduğunu bildirib: \"Mirça Rednik komandada qalır. Biz onun işindən tam razıyıq. Komandamız onun rəhbərliyi altında Azərbaycan Kubokunun qalibi olub\".
Rednik komandada qalsa da, legionerlər yola salınıb: \"Hazırkı heyətdən heç bir legioner komnadada qalmayacaq. Bəziləri ilə müqaviləmiz bitir. Bəzilərini isə satacağıq\".
Yerli futbolçulara gəlincə, onlardan da bəziləri yola salına bilər: \"Bəzi yerli futbolçularla vidalaşmağımız mümkündür. Qərara almışıq ki, bundan sonra legionerlərə xərclənən pulları yerli futbolçulara sərf edək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB