Azərbaycan Premyer Liqasının püşkü atıldı: "Qarabağ" və "Neftçi" yenə üz-üzə!
1. "Qəbələ" – "Bakı"
2. "Xəzər Lənkəran" – "Sumqayıt Şəhər"
3. "Neftçi" – "Qarabağ"
4. "Simurq" – AZAL
5. "İnter" – "Turan"
6. "Kəpəz" – "Rəvan"
Sözsüz ki, yubiley - sayca 20-ci milli çempinatımızın ilk turunun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bütün milli çempionatımızın iştirakçıları olan "Neftçi" ilə "Qarabağ" ardıcıl 2-ci mövsümdür ilk turda mərkəzi arenada görüşəcəklər. Mövsümlərarası fasilədə heyətini xeyli gücləndirərək, iddiasını artıran "Qəbələ" ilə "Bakı" arasında oyun da prinsipial olacaq və maraqla gözlənilir. Onu nəzərə alaq ki, bakılılar ötən mövsüm rəqibinin həm ilk "altılığ"a düşməsinə, həm də ölkə kubokunda yarımfinala yüksəlməsinə mane olub. "Neftçi" ilə "Bakı" (Respublika stadionu), "İnter"lə "Rəvan" ("Şəfa" stadionu) ev oyunlarını eyni stadionda keçirməyi püşkdə nəzər alınıb. Belə ki, bu klubların nümayəndələri ilk olaraq səbətlərə yaxınlaşıb. "Neftçi" 1, "Bakı" 2, "İnter" 3, "Rəvan" 6 nömrəni çıxarıb. Nəticədə bu klubları biri evdə oynayanda digəri səfərdə çıxış edəcək və ona görə eyni stadionda çıxış edən komandaların matçları üst-üstə düşməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB