"Qalatasaray" klubu transferdən doymur. Siasport.az saytının xəbərinə görə, cim-bom daha bir transfer bombası partlatdı. Uruqvaylı qapıçı Musleranı heyətinə qatan İstanbul nəhəngi indi də braziliyalı yarım-müdafiəçi ilə müqavilə bağlayacaq. Xatırladaq ki, 28 yaşlı futbolçu bu vaxta qədər 8 klubda forma geyinib, 24 dəfə çağrıldığı Braziliya millisində 2 dəfə fərqlənən Felipe Melo Visente de Karvalyo bundan sonra "Qalatasaray"ın uğurları üçün tər tökəcək.
Qeyd edək ki, F.Melo "Qalatasaray"da icarə əsasında oynayacaq. Xatırladaq ki, oyunçu hal-hazırda müqavilə ilə İtaliyanın "Yuventus" klubuna məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB