"Neftçi" PFK-nın yarımmüdafiəçisi Rodriqinyo bu gün vətəninə yola düşüb. Siasport.az saytı xəbər verir ki, Braziliyalı futbolçu sol dizinin ön çarpaz bağının tam qopması, xarici yan bağın tam qırılması və arxa çarpaz bağın qismən qırılması diaqnozu ilə əməliyyat olunacaq. Bu prosesi məşhur həmyerlisi – İspaniyanın "Real" (Madrid) klubunun ulduz futbolçusu Kakanı əməliyyat edən professor yerinə yetirəcək. Əməliyyat San Paolo klinikalarından birində reallaşacaq.
Xatırladaq ki, Rodriqinyo iyulun 19-da keçirilən UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab görüşünün artıq 6-cı dəqiqəsində rəqibin bilərəkdən kobud oyunu nəticəsində zədələnərək, meydançanı tərk etmək məcburiyyətində qalmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB