FİFA Paraqvay millisinin baş məşqçisini cəzalandırdı!

FİFA Paraqvay millisinin baş məşqçisini cəzalandırdı!

Böyük bir sürprizə imza ataraq futbol üzrə Amerika Kubokunun finalına çıxan Paraqvaya, FİFA-dan cəza "hədiyyəsi" gəlib. Siasport.az saytı xəbər verir ki, Venesuela millisi ilə keçirilən qarşılaşmada dava-dalaş salan Paraqvay komadasının baş məşqçisi Gerardo Martino Amerika Kubokunun finalında meydanda olmayacaq. FİFA bundan başqa hər iki ölkənin milli komandalarının hərəsinə 10 min dollar cəza da kəsilib. Xatırladaq ki, Paraqvayla qarşılaşmada hakimə sərt şəkildə etiraz edən və əl-qol hərəkətləri ilə onu təhqir edən G.Martino, bunun nəticəsində hakim tərəfindən texniki zonaya göndərilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə