"Kəpəz" "Balkan"la görüşəcək

"Kəpəz" "Balkan"la görüşəcək
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz" bu gün növbəti yoxlama oyununu keçirəcək. Siasport.az saytı xəbər verir ki, Gəncə klubu bir həftə ərzində ikinci dəfə Türkmənistan çempionu "Balkan"la (keçmiş "Nebitçi") qarşılaqaşaq.
İlk oyundan fərqli olaraq bu dəfəki matç Gəncədə yox, Yevlaxda baş tutacaq. Türkmənlər "Kəpəz"lə bir neçə gündə təlim-məşq toplanışı keçdikləri Yevlax şəhər stadionunda qarşılaşacaqlar. Oyun saat 19.00-da başlayacaq.
Qeyd edək ki, "Kəpəz"lə "Balkan" arasında ilk oyun komandamızın 5:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
"Kəpəz"in rəqibi 2010-cu ilin may ayına qədər "Nebitçi" adlandırılıb. Lakin ötən ilin mayında Türkmənistan Futbol Federasiyanın qərarı ilə kluba "Balkan" adı verilib.
1960-cı ildə yaradılan komandanın baş məşqçisi Aleksandr Klimenkodu. "Balkan" ev oyunlarını 10 min azarkeş tutumu olan "Balkanabat" stadionunda keçirir. "Kəpəz"in yoxlama oyunu keçirəcəyi komanda iki dəfə - 2004 və 2010-cu illərdə Türkmənistan çempionu, üç dəfə - 2003, 2004 və 2010-cu illərdə ölkə kubokunun, bir dəfə - 2006-cı ildə isə Super Kubokun qalibi olub. Komanda 2004, 2005 və 2007-ci illərdə Asiya Çempionlar Liqasının qrup mərhələsində iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə