Dünən İstanbulun "Fənərbaxça" futbol klubunun Donetskin "Şaxtyor" futbol klubu ilə keçirdiyi yoldaşlıq qarşılaşması əsl cəhənnəmə çevrilib. Siasport.az saytı xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda keçirilən qarşılaşmada 50 minə qədər azarkeş hazırda həbsdə olan İstanbul klubunun prezidenti Əziz Yıldırımla həmrəylik nümayiş etdirmək üçün onun simasını əks etdirən maskalar taxıblar. Qarşılaşma zamanı "Fənərbaxça"lı azarkeşlər jurnalistlərə qarşı aqressiv şəkildə davranıblar. Bir az sonra isə azarkeşlər stadiona doluşaraq futbolçularla həmrəylik nümayiş etdiriblər və baş məşqçi Aykut Kocamanı alqışlayıblar.
Amma bütün bunlar "sarı lacivərtlilər"ə çox baha başa gələcək. Belə ki, artıq Türkiyə Futbol Federasiyası (TFF) "Fənərbaxça" futbol klubunun cəzalandırılması ilə bağlı baş verənləri araşdırmağa başlayıb. TFF-də bu məqsədlə müvafiq komissiya da yaradılıb. Gözlənilir ki, "Fənərbaxça"ya qarşı yaxın günlərdə ciddi sanksiyalar tətbiq olunsun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB