Rodriqinyo 6 ay yaşıl meydançalardan uzaq qalacaq

Rodriqinyo 6 ay yaşıl meydançalardan uzaq qalacaq

"Neftçi" PFK-nın yarımmüdafiəçisi Rodriqinyo zədələnib. Siasport.az saytı xəbər verir ki, Braziliyalı futbolçu iyulun 19-da keçirilən UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab oyununun artıq 6-cı dəqiqəsində meydançanı tərk etmək məcburiyyətində qalıb. "Dinamo"nun futbolçuları Xorvatiyadakı ilk görüşdə olduğu kimi, bu dəfə də olduqca kobud oyunları ilə diqqət çəkiblər. Buna görə də səfərdəki matçda zədələnən İqor Mitreskiyə Bakıdakı oyunda Rodriqinyo qoşulub.

Həkimlərin müayinəsindən sonra yarımmüdafiəçinin zədəsinin ciddi olduğu və əməliyyata ehtiyac duyulduğu müəyyənləşib. Buna görə də Rodriqinyo əməliyyat olunmaq üçün iyulun 22-də Braziliyaya yollanacaq. Onun 6 ay yaşıl meydançalardan uzaq qalacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə