"Neftçi" PFK-nın futbolçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət olunub. Siapsort.az saytı xəbər verir ki, 2010/11 mövsümündə Azərbaycan Premyer Liqasının ikinci ən yaxşı bombardiri Dünya çempionatı-2014-ün seçmə mərhələsinin Qırğızıstan yığması ilə keçiriləcək qarşılaşmalarında iştirak edəcək. İlk oyun iyulun 23-də, cavab matçı isə bundan 5 gün sonra baş tutacaq.
Əslində, hücumçu yığmanın düşərgəsində iyulun 18-də olmalı idi. Lakin "Neftçi" PFK iyulun 19-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə qarşılaşıb. Buna görə də "Neftçi" PFK və Özbəkistan Futbol Federasiyasının rəhbərliyi arasında danışıqlardan sonra Nasimovun milli komandanın düşərgəsinə bir qədər gec qatılması barədə razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB