"Xəzər Lənkəran" - "Makkabi" oyunundan sonra təşkil olunmuş mətbuat konfransında cənub təmsilçisinin baş məşqçisi Mirça Rednik oyun və yekun nəticə barəsində fikirlərini bildirib. Siasport.az saytı baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Rəqib çox güclü idi, bunu qəbul etmək lazımdır. Bizim pis oyun oynadığımızı deyə bilmərəm. İstər bu gün, istər ötən oyunun ikinci hissəsində komanda heç də pis oynamadı. Amma çatışmazlıqlarımız göz önündədir. Heyət 20-25 gündür ki, yığılıb və hələ də komandaya qoşulacaq oyunçular var. Zamanın azlığına görə biz onları sifariş ərizəsinə sala bilmədik. Onlar həqiqətən də çox güclü komandadır. Təcrübənin olması, oyunçuların yaxşı anlaşması - bunlar hamısı göz önündə idi və bunlar nəticəni qazanmağa kömək etdi.
Biz cinahlarla da kifayət qədər hücum edirdik, lakin bəzən uzun ötürmələr etməyə məcbur olursan, əsasən də oyunçular fiziki cəhətdən zəif olanda.
Əlbəttə, qazanılan hər bir nəticəyə görə cavabdehlik baş məşqçinin üzərindədir. Oyunçunun fiziki durumu və s. amillər artıq ikinci dərəcəli məsələlərdir, ilk növbədə məsuliyyəti məşqçi daşıyır. Mən azarkeşlərə də bu dəstəyə görə böyük təşəkkürümü bildirmək istəyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB