\"Qarabağ\" növbəti mərhələyə keçdi, \"Xəzər Lənkəran\" isə mübarizəni dayandırdı
Bakının \"Neftçi\" futbol klubunun ardınca, onun prinsipial rəqibi olan \"Xəzər Lənkəran\" futbol klubu da avrokuboklarda mübarizəni dayandırmalı olub. Siasport.az saytı xəbər verir ki, bu gün Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində öz meydanında "Xəzər Lənkəran" İsrailin "Makkabi" klubu ilə qarşılaşmada qolsuz-heç-heçə edərək avrokuboklarla vidalaşıb. İlk oyunda rəqibinə 1:3 hesabı ilə uduzan cənub təmsilçisi, cavab görüşündə rəqib qapısına 2 cavabsız top vura bilmədiyi üçün mübarizəni dayandırıb. Beləliklə, avrokuboklarda yubiley – 10-cu matçına çıxan "Xəzər Lənkəran" doğma stadiondakı 2-ci oyununda da qələbə qazana bilməyib. Bu iki klubdan fərqli olaraq Ağdamın \"Qarabağ\" futbol klubu Farer adalarının \"Streymur\" futbol klubu ilə bugünkü qarşılaşmada qolsuz heç-heçəyə qalaraq UEFA Avropa Liqasının 3-cü mərhələsinə yüksəldi. Səfərdə rəqib meydanındakı 1:1 hesablı nəticə \"Qarabağ\" üçün avrokuboklarda növbəti mərhələ açmağa bəs etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB