İstanbulun "Qalatasaray" futbol klubu daha iki ulduz futbolçunu heyətinə qatmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, dünən Hollandiya çempionu "Tvente" ilə qarşılaşmada hazırkı heyətin əksər futbolçularından narazı qalan "imperator", iki ulduz futbolçunun transferi üçün İstanbul klubunun rəhbərliyini səfərbər edib. Belə ki, "cim bom" İtaliyanın "Yuventus" futbol klubundan Felipe Melo və İngiltərənin "Arsenal" futbol klubundan Emmanuel Eboyu transfer etməyə çox yaxındır. Həttda F.Terimin rəhbərliyə iyulun 28-də İngiltərənin "Liverpul" futbol klubu ilə İstanbuldakı "Türk Telekom Arena"da oynanılacaq qarşılaşmaya qədər bu iki futbolçunun transfer məsələsinin həll olunmasını rəhbərlikdən tələb etdiyi də verilən məlumat arasındadır. Arsen Vengerin heyətdə görmək istəmədiyi E.Eboyun və "Yuventus"da istənilən nəticəni göstərməyən F.Melonun "Qalatasaray"ın transfer təklifinə müsbət yanaşdığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB