Almaniyanın "Bayer" (Leverkuzen) klubunun çilili futbolçusu Artur Vidal, İtaliyanın ən köklü futbol klublarından sayılan "Yuventus"a gedəcəyi haqda yayılan xəbərlərə aydınlıq gətirib. Siasport.az saytı xəbər verir ki, A. Vidal "Yuventus"a transfer olunacağını təsdiqləyib:
"Bəli, mən "Yuventus"a gedəcəyəm. Bu, mənim karyeramda böyük bir uğurdur. Bundesliqada yaxşı təcrübə qazandım. İnanıram ki, "Yuventus"da da mənə bəslənən ümidləri doğruldacağam".Yeni mövsümdən "Yuventus"da çıxış edəcək 24 yaşlı futbolçu ilinə 3 milyon avro qazanacaq. Turin təmsilçisi Vidala görə "Bayer"ə 10,5 milyon avro təzminat ödəyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB