Sadıq Sadıqov toplantı keçirib

Sadıq Sadıqov toplantı keçirib

Bakının "Neftçi" futbol klubunun UEFA Çempionlar Liqasında mübarizəni dayandırması, klub rəhbərliyini ciddi şəkildə narahat edib. Siasport.az saytı xəbər verir ki, "ağ qaralar"ın Zaqreb "Dinamo"suna bərbad oyunla uduzması, klub prezidenti sadıq Sadıqobu da qəzəbləndirib. Bütün bunlarla bağlı iyulun 20-də "Neftçi" klubunun toplantısı keçirilib.Toplantıda komanda rəhbərliyi, şöbə və departament rəisləri, eləcə də məşqçil heyəti iştirak edib. İclasda "ağ-qaralar"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Zaqreb "Dinamo"su ilə görüşləri müzakirə olunub. Klub prezidenti Sadıq Sadıqov bu oyunların tez bir zamanda analiz olunub, hər kəsin məsuliyyət daşıdığı sahə üzrə raport verməsini tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə