\"Neftçi\"nin futbolçuları futbol oynamaq əvəzinə xorvatlara hədə-qorxu gəliblərmiş

\"Neftçi\"nin futbolçuları futbol oynamaq əvəzinə xorvatlara hədə-qorxu gəliblərmiş
Sən demə, bir neçə gün bundan əvvəl Xorvatiyanın "Dinamo" klubunu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında qəbul edən Bakının "Neftçi" futbol klubunun futbolçuları rəqibə qarşı təhqiramiz hərəkətlər də ediblər. Siasport.az saytı xəbər verir ki, əsl rüsvayçı oyunla bütün Azərbaycanlı futbol azarkeşlərini üzən, UEFA Çempionlar Liqasındakı vacib oyunu \"Simurq\"la, \"Bakı \"MOİK\"i ilə səhv salan bu \"futbolçular\", onlara əsl futbol dərsi keçən xorvat qonaqlara soyunub-geyinmə otaqında sataşıblar.

Zaqreblilərin təcrübəli futbolçusu Yerko Leko isə hadisələrin qurbanı olduğunu Xorvatiya mətbuatına açıqlayıb: "Oyundan sonra "Neftçi"nin qapıçısı Saşa Stamenkoviç bizi təhqir etməyə başladı. Üstümüzə çığırıb sonra mənə tüpürdü. Məni təxribata çəkmək istəyirdi. Nə eləməli idim ki? Mən də qarşılığında tüpürsəydim ikinci sarı vərəqmi alıb növbəti matçı buraxmalı olacağam. Mən ona yalnız dedim ki, Avropanı görməyəcəklər. Bir az sakitləşsin".

Bütün xəbərlər Facebook səhifəmizdə