Deyəsən daha çox ağır təbiətli adam kimi tanınan tanınmış fransız futbol mütəxəssisi, İngiltərənin \"Arsenal\" futbol klubunun baş məşqçisi Arsen Vengerin də əsəbləri yamanca pozulub. Siasport.az saytı xəbər verir ki, buna səbəb, onun \"Mançester Siti\"dəki italyan həmkarı Roberto Mançinin son açıqlamalarıdır. Artıq hər iki mütəxəssis arasındakı münasibətlər əsl düşmənçilik xarakteri alıb.
Belə ki, \"Mançester Siti\"nin baş məşqçisi R.Mançini verdiyi açıqlamada \"Arsenal\"ın forvardı Samir Nəsrini transfer siyahısına saldığını və nəyin bahasına olursa -olsun futboluçunun özü ilə danışıqlar apararaq onu komandasına transfer edəcəyini bildirmişdi. Bundan qəzəblənən A.Venger isə bu açıqlamanın ciddi bir insana və baş məşqçiyə yaraşmadığını, R.Mançinin məşqçiliyinə şübhə etdiyini bildirmişdi.
Bu gün isə A.Venger bir daha S.Nəsrinin transferi ilə bağlı məsələlərə aydınlıq gətirməli olub. Belə ki, fransız futbol mütəxəssisi, S.Nəsrinin heç zaman \"Arsenal\"dan getməyəcəyini, boşboğaz adamların açıqlamalarına isə azacıq da olsa əhəmiyyət vermədiyini növbəti dəfə ingilis jurnalistlərlə görüşündə dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB