Jo "Mançester Siti"ni tərk edərək Braziliyaya qayıtdı

Jo "Mançester Siti"ni tərk edərək Braziliyaya qayıtdı
İngiltərənin "Mançester Siti" futbol klubunun braziliyalı futbolçusu Jo, ingilis klubunu tərk edərək ölkəsinə qayıdıb. Siasport.az saytı xəbər verir ki, bir neçə il bundan əvvəl İstanbulun "Qalatasaray" futbol klubunun da heyətində çıxış edən braziliyalı futbolçu bundan sonra Braziliyanın "Porto Aleqre" futbol klubunda çıxış edəcək. Bu barədə "Mançester Siti" futbol klubunun rəsmi saytında dəc olunan klub açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, 24 yaşlı braziliyalı futbolçu ilə ingilis klubu arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında son verilib. Xatırladaq ki, "Mançester Siti" braziliyalı futbolçunu 3 il öncə Moskva "OMİK"indən 18 milyon funt sterinqə transfer etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə