Diyeqo Maradona bərk qəzəblənib...

Diyeqo Maradona bərk qəzəblənib...

Futbol üzrə Argentina milli komandasının Amerika Kubokundan kənarda qalmasına bu ölkədə etirazlar getdikcə şiddətlənir. Siasport.az saytı xəbər verir ki, dünən argentinalı futbol azarkeşləri doğma komandalarını və Leonel Messi istisna olmaqla bütün futbolçuları "top atəşinə" tutaraq, onlara Argentinada yer olmadığını xatırladıblar. Bu azmış kimi argentinalı fanatlar baş məşqçi Serxio Batistanın başımı qoparacaqları ilə də hədələyiblər. Amma ən böyük etiraz isə bu gün əfsanəvi futbol ulduzu Diyeqo Maradonadan gəlib. Argentina yığmasının Amerika Kubokundan kənarda qalmasını əsl rüsvayçılıq sayan dnya futbolunun canlı əfsanəsi, günahı futbolçularda yox, baş məqşçi S. Batistada və Argentina ali futbol qurumunun rəhbəri Grondonada gördüyünü açıqlayıb. D.Maradona S.Batistanın Argentina millisinə başçılıq etmək gücündə olmadığını deyərək, "onun yerinə olsaydım bir dəqiqədə baş məşqçi postunda oturmazdim"- deyə fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə