"Qalatasaray" "Tvente"yə 0:1 məğlub oldu!

"Qalatasaray" "Tvente"yə 0:1 məğlub oldu!
İstanbulun "Qalatasaray" futbol klubu Almaniyayadakı təlim məşq toplanışını davam etdirir. Siasport.az saytı xəbər verir ki, "cim bom", bu ilki təlim-məşq toplanışında ilk dəfə olaraq ciddi bir rəqiblə üz-üzə gəlib. Fatih Terimin komandası Hollandiya çempionu olan "Tvente" ilə qarşı-qarşıya gəlib. Yeni formalaşdırdığı komandanı sınaqdan çıxarmaq istəyən "imperator" isə nəticəyə üzülməli olub,- 0:1.
"Qalatasaray"ın məğlubiyyətinin səbəblərini araşdıran F.Terim isə bir sıra futbolçulara xəbərdarlıq etməklə yanaşı, İstanbulda bəzi heyət üzvlərini yenidən nəzərdən keçirəcəyini dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə