İyulun 23-də Qazaxıstanın paytaxtı Astanada yeniyetmələr arasında boks üzrə dünya birinciliyi başlayacaq. Siasport.az saytı xəbər verir ki, "Qazaxıstan" İdman Sarayında keçiriləcək yarışda 50-dən çox ölkənin 600-ə yaxın idmançısının iştirak edəcəyi gözlənilir. Turnir 13 çəki dərəcəsi üzrə keçiriləcək. Ölkəmiz dünya birinciliyində 12 çəki dərəcəsində təmsil olunacaq. Məşqçilər yalnız 66 kq çəki dərəcəsində Astanaya heç kimi aparmayıblar. Dünya birinciliyində baş məşqçi Rasim Məmmədovun rəhbərliyi altında Elnur Şəfizadə (46 kq), Məsud Yusifzadə (48 kq), Malik Muradov (50 kq), Nəsrəddin Məmmədov (52 kq), Peyman Yusifli (54 kq), İman Əhmədli (57 kq), Nurlan Nağıyev (60 kq), Fuad Mustafayev (63 kq), Orxan Mayıllı (70 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov (80 kq-dan yuxarı) mübarizə aparacaqlar. Beynəlxalq yarışmanın final döyüşləri iyulun 30-da keçiriləcək. İyulun 31-də və avqustun 1-də Astanada Beynəlxalq Həvəskar Boks Assosiasiyası İcraiyyə Komitəsinin toplantısı olacaq. Toplantı başa çatdıqdan sonra WSB liqasının 2011-2012-ci illər mövsümünün püşkatma mərasimi də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB