Argentinalı azarkeşlər baş məşqçini ölümlə hədələdilər!

Argentinalı azarkeşlər baş məşqçini ölümlə hədələdilər!
Futbol üzrə Argentina milli komandasının Amerika Kuboku uğrundakı mübarizədən kənarda qalması, deyəsən daha çox baş məşqçi Serxio Batistanın "başında partlayacaq". Siasport.az saytı xəbər verir ki, artıq argentinalı futbol azarkeşləri baş məşqçinin kəlləsini dibindən qoparıb atmaq haqda fikirləşirlər. Doğma komandalarının Argentinada keçirilən turnirdən kənarda qalmasından qəzəblənən argentinalılar, baş məşqçiyə qarşı çox qəzəblidirlər. Əfsanəvi futbolçu Sanfilippo isə "Messidən başqa bütün futbolçular baş məşqçi başda olmaqla rədd olub Argentinanı tərk etsinlər"-deyərək qəzəbini ifadə edib. Hazırda Argentina Futbol Federasiyasında S.Batistanın gələcək taleyi ilə bağlı müzakirələr aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə