“Neftçi” ÇL ilə vidalaşdı – FOTOSESSİYA

“Neftçi” ÇL ilə vidalaşdı – FOTOSESSİYA

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.

SİA-nın məlumatına görə, ötən mövsüm Azərbaycan Premyer Liqasının qalibi olan "Neftçi" doğma divarlar arasında Xorvatiya çempionu "Dinamo" ilə cavab oyununa çıxıb.

Hamı Tofiq Bəhramov adına stadionda baş tutan qarşılaşmada Azərbaycan çempionunun ilk oyundakı 3-0 hesablı məğlubiyyətinin əvəzini çıxmaq üçün oynayacağını düşünsə də, "Neftçi" meydanda çox zəif təsir bağışlayıb.

Heç olmasa baxımlı oyun, əzmkar mübarizəni izləmək ümidi ilə stadiona gələn azarkeşlər ikinci hissənin sonlarında "istefa" şüarıları səsləndiriblər.

"Dinamo" Zaqrebin tam üstünlüyü şəraitində keşən qarşılaşmada "Neftçi"ni növbəti məğlubiyyətdən qapı dirəyi və qapıçı xilas edib.

Beləliklə, Azərbaycan çempionu pis oynayıb, ÇL-ya vida edib, amma 1 xal qazanıb.

Arif Əsədovun yetirmələrinin mərhələ keçməsi bir qədər inandırıcı görünməsə də, "Neftçi" istənilən hesabla qələbə qazanmaqla UEFA reytinqində ölkəmiz üçün xal qazandıra bilər.

"NEFTÇİ" (BAKI, AZƏRBAYCAN) – "DİNAMO" (ZAQREB, XORVATİYA)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Baş hakim: Hannes Kaasık (Estoniya)

NEFTÇİ:30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 6. Slavço Georgiyevski, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Emil Mpenza, 14. Bahodir Nasimov, 18. Ruslan Əmircanov, 15. Ruslan Abışov, 27. Rəşad Abdullayev.

Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 4. Tərlan Quliyev, 11. Cavid Hüseynov, 16. Allessandro, 19. Mirhüseyin Seyidov, 22. Ruslan Qurbanov, 25. Cavid İmamverdiyev.

Baş məşqçi: Arif Əsədov.

DİNAMO:30. İvan Kelava, 14. Şime Vrsalko, 13. Tonel, 24. Domaqoy Vida, 3. Luis İbanes, 7. Yerko Leko, 16. Milan Badel (k), 20. Mehmet Alispahiç, 10. Sammir, 21. Fatoş Beçiray, 99. İvan Krstanoviç.

Ehtiyat oyunçular: 12. Filip Lonçariç, 5. Adrian Kalello, 8. Mateo Kovaçiç, 11. İvan Tomeçak, 17. Yakub Silvestr, 18. Mario Şitum, 55. Ante Rukavina.

Baş məşqçi: Krunoslav Yurçiç.

OYUNDAN NOTLAR:

6.Oyunun 6-cı dəqiqəsində "Neftçi" məcburi əvəzetməyə əl atır. Rodriginyo oyun epizodunda ciddi zədə alır. Areif Əsədov onu Cavid İmamverdiyevlə əvəzləyir.

8."Dinamo" ilk dəiqələrdən kobud oyuna üstünlük verir. Xüsusən Flavinyoya qarşı bir neçə dəfə sərt oyun oldu.

11."Dinamo"dan daha bir kobud oyun. Hakim nəhayət ki əlini cibinə atıb rəqib futbolçuya sarı vərəqə göstərir və cərimə zərbəsi təyin edir. Cərimə meydançasının yaxınlığından Rəşad Abdullayevin təhlükəli cərimə zərbəsini qapıçı qaytarır. Yaxınlıqda "Neftçi"nin futbolçuları olsaydı hesab açıla bilərdi.

22.Rəqib "Neftçi"nin ilk dəqiqələrdəki sürətini azaltmağa nail olub.

23."Dinamo"dan təhlükəli hücum. "Neftçi"nin qapıçısı Stamenkoviş komandasını real qoldan xilas edir.

27.Rəqib Flavinyoya qarşı daha bir kobudluğa əl atır. Hakim "Dinamo"nun daha bir oyunçusuna sarı vərəqə göstərir.

34."Dinamo" oyunun tempini aşağı salmağa və soyuqqanlı şəkildə hücum qurmağa çalışır. "Neftçi"nin oyunu isə tam istənilən şəkildə alınmır və hücumlar kəsərsizdir.

46.Birinci hissə başa çatdı və hesab hələ də açılmayıb.

48.Arif Əsədov ikinci hissəyə əvəzetməylə başlayır. Rəşad Abdullayevin yerinə meydana Cavid Hüseynov çıxır.

49.İkinci hissədə "Dinamo" aşkar üstünlüyə malikdir. Xorvatlar özlərini ev sahibi kimi aparır.

57."Dinamo"nun oyunçusu Sammirin uzaqdan zərbəsi qapı dirəyindən dönür. Heç olmasa belə epizodlarda "Neftçi"nin bəxti gətirir.

60. Arenada artıq "istefa" şüarları səslənməkdədi

62."Neftçi" meydanın özünə aid hissəsindən çıxmaqda çətinlik çəkir

77.Hiss olunur ki, "Neftçi" artıq ÇL ilə vidalaşması ilə tam barışıb və bu dəqiqələrdə meydanda sadəcə candərdi "fırlanır".

80.Azarkeşlər yenidən "istefa" qışqırır.

90. Hətta haklim də oyuna əlavə dəqiqələr artırmağa ehtiyac görmür və final fiti səslənir. Beləliklə, "Neftçi" pis oynadı, 1 xal qazandı və ÇL-ya vida etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня