“Qəbələ” nömrələri payladı

“Qəbələ” nömrələri payladı

London səfəri öncəsi "Qəbələ"nin futbolçularının yeni mövsümdə hansı nömrə altında meydançaya çıxacaqları məlum olub. Siasport.az saytı xəbər verir ki, qapıçılar Pavel Doroşevs (12), Anar Nəzirov (30) və Elnar Kərimov (1), müdafiəçilər Lyubo Baranin (6), Saşa Yunisoğlu (33) və Sergey Sokolov (5), yarımmüdafiəçilər Yaşar Abuzərov (7), Abdulkader Kamara (16), Bruno da Silva (8) və Arif İsayev (17), hücumçular Deon Burton (10) və Murad Huseynov (22), eləcə də Tərzin Cahangirovla (24) Nuran Qurbanov (25) əvvəlki nömrələri altında çıxış edəcəklər. Komandanın hollandiyalı müdafiəçisi Stiv Olfers bundan sonra 34 deyil, 20 (əvəllər Kristean Torresə məxsus olub), 3 nömrəli futbol köynəyində oynayan Nodar Məmmədov isə 15 nömrə altında çıxış edəcək. Komandanın yeni üzvləri Mahir Şükürov 4, Vurğun Hüseynov 3, Rövşən Əmiraslanov 19, Daniel Kruz 26, Aleksandr Çertoqanov 18, Dodo 77 və Viktor Mendi isə 9 nömrə altında oynayacaqlar.



Bütün xəbərlər Facebook səhifəmizdə