Fernando Muslera: "Var gücümlə "Qalarasaray"ın uğurları üçün çalışacam"

Fernando Muslera: "Var gücümlə "Qalarasaray"ın uğurları üçün çalışacam"

İstanbulun "Qalatasaray" futbol klubunun yeni transferi olan futbol üzrə Uruqvay millisinin qolkiperi Fernando Muslera, keçmiş klubu hesab olunan İtaliyanın "Latsio" futbol klubuna qarşı sərt ittihamlar irəli sürərək, yeni klubunda göstərəcəyi futbolu ilə nəyə qadir olduğunu bir daha hər kəsə sübut edəcəyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, hazırda Amerika Kubokunda Uruqvay millisinin heyətində çıxış edən F.Muslera, onunla mövcud olan müqavilənin müddətini uzatmaq istəməyən italyan klubunun bundan çox böyük peşmançılıq keçirəcəyini vurğulayıb. İtaliyanın məşhur " La Gazzetta Sport" qəzetinə müsahibə verən bacarıqlı gənc qapıçı, indi əsas hədəflərinin Amerika Kubokunda qələbə qazanmaq olduğunu deyərək, bundan sonra var gücü ilə yeni komandası olan İstanbulun "Qalatasaray" futbol klubunun uğurları üçün çalışacağını bildirib. "Qalatasaray"ın böyük komanda olduğunu açıqlayan Muslera, yeni komandası ilə gələn il Avropada böyük uğurlara imza atmaq istədiyini də gizlətməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə