Türkiyənin "Beşiktaş" futbol klubunun ispaniyalı ulduz futbolçusu Quti Hernantez sərt açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, son bir neçə həftə ərzində futbol oyunlarının alqı-satqısı üzrə keçirilən əməliyyat zamanı həbs olunan "Beşiktaş" təmsilçilərinin hələ də həbsdən buraxılmaması komandada psixoloji gərginlik yaradıb. "Beşiktaş"ın idarə heyətinin üzvü Cengiz Zülfükaroğlu ilə görüşən "Beşiktaş"ın kapitanı Q.Hernantez isə bu vəziyyətin klubun futbolçularına çox pis təsir etdiyini, komandanın avrokuboklara qoşulmayacağı təqdirdə isə hər şeyin xoşagəlməz çərçivədə inkişaf edəcəyini dilə gətirib. Q.Hernantez, eyni zamanda Türkiyə Kubokunu alın tərləri hesabına qazandıqlarını da önə çəkərək bildirib ki, buna heş kəsin şübhəsi olmasın. "Türkiyə Kubokunu necə bir çətinliklə qazandığımızı hər kəs gördü. Bu bizim alın tərimizlə qazandığımız Kubokdur, onu heç kəsə qurban verə bilmərik"-deyə məşhur futbolçu fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB