Cüdo üzrə Avropa Kubokunda Azərbaycan yığması üç medal qazanıb

Cüdo üzrə Avropa Kubokunda Azərbaycan yığması üç medal qazanıb

Cüdo üzrə İstanbulda keçirilən Avropa Kuboku yarışlarında Azərbaycan yığması üç medal qazanıb. Siasport.az saytı xəbər verir ki, Orxan Səfərov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici döyüşdə Rusiya nümayəndəsi Otar Bestayevə qalib gəlib.

Samir Dadaşzadə (66 kq) və Rüstəm Alimli (73 kq) bürünc medallara layiq görülüblər. Samir təsəlli finalında britaniyalı Lüis Kebleyə asanlıqla qalib gəlib. Rüstəm isə üçüncü yer uğrunda döyüşdə rusiyalı Aslan Lapinaqovu məğlub edib. Təsəlli görüşlərində məğlub olmuş Rasim Əsədullayev (60 kq) və Timur Əlixanov (90 kq) öz çəki dərəcələrində beşinci yerləri tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə