Türkiyədə futbol oyunlarının alqı-satqısı üzrə keçirilən əməliyyat zamanı həbs olunan "Fənərbaxça" futbol klubunun prezidenti Əziz Yıldırıma və digər klub nümayəndələrinə bu ölkənin futbol ictimaiyyəti tərəfindən göstərilən dəstək davam edir. Siasport.az saytı xəbər verir ki, dünən məşhur futbolçu, hazırda "NTV Spor" kanalında futbol şərhçisi işləyən Ridvan Dilmənin həyat yoldaşı Ayşe Dilmən də həbs olunan futbol nümayəndələrini "Metris" həbsxanasında ziyarət edib. Onunla bərabər "Beşiktaş" futbol klubunun fəxri prezidenti Süleyman Seba, keçmiş futbolçu Tanju Çolak da həbsxanadakı şəxslərə baş çəkiblər. Türkiyə mətbuatı isə R.Dimənin həbs olunanlara baş çəkməməsini və bunun əksinə olaraq xanımının Ə.Yıldırımı və digərlərini ziyarət etməsini araşdırmağa çalışır. Türk mətbuatı belə hesab edir ki, bu məsələdə R.Dilmənlə xanımı arasında ciddi fikir ayrılığları mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB