Azərbaycan şahmatçıları dünya çempionatında Hindistan komandasını məğlub ediblər

Azərbaycan şahmatçıları dünya çempionatında Hindistan komandasını məğlub ediblər

Çinin Ninbo şəhərində 8 komandanın iştirakı ilə keçirilən dünya çempionatının ikinci turu başa çatıb. Siasport.az saytı xəbər verir ki, ikinci turda aşağıdakı komandalar görüşüblər: Azərbaycan-Hindistan, Rusiya-Macarıstan, ABŞ-Ermənistan, İsrail-Misir, Ukrayna-Çin.

İkinci turda nəticələr belə olub: Azərbaycan-Hindistan 3:1 (Şəhriyar Məmmədyarov Suriya Şehar Qanquliyə, Teymur Rəcəbov Pentala Harikrişnaya qalib gəlib, Vüqar Həşimov – Krişnan Sasikiran, Qadir Hüseynov – Neqi Parimaryan görüşləri heç-heçə başa çatıb.), Rusiya-Macarıstan 3:1, ABŞ-Ermənistan 2:2, İsrail-Misir 3:1, Ukrayna-Çin 1,5:2,5. Bu gün üçüncü turda Macarıstan – Azərbaycan, Ermənistan –Rusiya, Misir – ABŞ, Çin – İsrail, Hindistan – Ukrayna komandaları qarşılaşacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə