\"Fənərbaxça\" azarkeşləri Əziz Yıldırımı dəstəkləmək üçün əsl sürpriz hazırlayırlar...

İstanbulun \"Fənərbaxça\" futbol klubunun azarkeşləri klubun prezidenti Əziz Yıldırıma dəstək nümayişi olaraq iyulun 21-də \"Şükrü Saracoğlu\" stadionunda Donetskin \"Şaxtyor\" futbol klubu ilə oynanacaq qarşılaşmada sürpriz bir addım atmağa hazırlaşırlar. Siasport.az saytı xəbər verir ki, artıq hazırlıqlara başlayan \"sarı lacivərtli\" azarkeşlərin planı da məlumdur. Belə ki, onlar \"Fənərbaxça\" prezidenti Ə.Yıldırımın sifət quruluşunu ifadə edən maskalarla qarşılaşmaya gələcəklər. Artıq tam 50 min \"Fənərbaxça\" azarkeşinin bu maskaları əldə etdikləri barədə Türkiyə mətbuatı da ciddi informasiyalar dərc etməkdədir. Belə ki, qardaş öklənin mətbuatı iddia edir ki, \"Şaxtyor\"la qarşılaşmadan əvvəl bilet alan hər bir \"Fənərbaxça\" azarkeşinə Ə.Yıldırımın sifət quruluşunu əks etdirən maskalar verilib. Bir sözlə iyulun 21-də \"Şükrü Saracoğlu\" stadionunda əsl şou olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...