Sabri Sarıoğlu: " Ronaldo da insandır, robort deyil"

Sabri Sarıoğlu: " Ronaldo da insandır, robort deyil"
İstanbulun "Qalatasaray" futbol klubunun avqustun 24-də "Santyaqo Bernabeu"da "Real"la qarşılaşacağı ilə bağlı rəsmi məlumatın yayılması, artıq klubda həyəcan yaradıb. Siasport.az saytı xəbər verir ki, bu gün səhər hazırlıq mərhələsi üçün Almaniyaya gedən "Qalatasaray"da bir çox futbolçuların gündəmi "Real" ilə keçiriləcək qarşılaşma olub. Belə ki, əksər "cim bom"lu futbolçular, təlim-məşq toplanışından daha çox bu qarşılaşmaya hazırılıq barədə müxtəlif açıqlamalar veriblər. "Qalatasaray"ın və futbol üzrə Türkiyə milli komandasının futbolçusu Sabri Sarıoğlu türkiyəli həmkarlarımıza verdiyi açıqlamada bildirib ki, bu qarşılaşma "Qalatasaray"ın Avropa təcrübəsi baxımından çox önəmlidir. S.Sarıoğlu "Real"ın ulduz futbolçusu Kriştyano Ronaldonun həddindən artıq şişirdildiyini dilə gətirib:
"O da adi bir insandır. Mən fikirləşirəm ki, ona qarşı oynamaq mümkündür. O robort deyil ki. Biz bu qarşılaşmaya ciddi hazırlaşırıq. Bu həm də "Qalatasaray" adına bir şərəf qarşılaşması olacaq. Buna ciddi hazırlaşırıq"-deyə türkiyəli futbolçu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə