“Dinamo” ilə sabahkı oyunda son nəfəsizmizə qədər, lazım olarsa, qan çıxana qədər mübarizə aparacağıq”-FOTOSESSİYA
"Neftçi" klubu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Zaqreb \"Dinamo\"su ilə cavab oyunundan öncə mətbuat konfransı keçirib. Siasport.az saytı xəbər verir ki, "Trend" Xəbərlər Şirkətinin Mətbuat mərkəzində baş tutan konfransda komandanın baş məşqçisi Arif Əsədov, komandanın üzvləri Emil Mpenza, Ruslan Əmircanov, klubun İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu iştirak ediblər. Konfransda çıxış edən A. Əsədov "Dinamo" ilə səfər oyununu unutmaq lazım olduğunu bildirib: "Səfər oyununu çox müzakirə etdik. Artıq o oyunu unutmaq lazımdır. Sabahkı oyunda futbolçuların psixoloji durumu qaydasında olmalıdır. Sabah qələbə qazanmalıyıq. Həm "Neftçi" növbəti mərhələyə çıxmalıdır, həm də Azərbaycan klublarının reytinq xalı yüksəlməlidir".
Baş məşqçi transfer siyasəsinə də toxunub: "Biz "Dinamo" ilə oyunadək bir qapıçı transfer edə bildik. Müdafiəçi ilə isə danışıqlar alınmadı. Ona görə tez-tələsik başqa bir futbolçu transfer etmək istəmədik ki, yanılmayaq. Əgər zədələr olmasa, legioner transfer etmək niyyətimiz yoxdur. Bizim klubun gənc futbolçuları varki, onlar əsas heyətdə oynaya bilərlər. Ruslan Əmircanov sabahkı oyunda forma geyinəcək. Ona inanırıq və oyunda uğurlar arzulayırıq".
A.Əsədov futbolçuların artıq oyunun məsuliyyətini anladıqlarını deyib: "Biz futbolçularla söhbət etmişik. Onlar artıq bütün gücləri ilə oyuna hazırlaşır, matçın məsuliyyətini başa düşürlər".
R.Əmircanov isə sabahkı oyunda ona etimad göstərdiyinə görə baş məşqçiyə minnətdarlığını bildirib: \"Mənə etimad göstərildiyinə görə sevinirəm. Əlimdən gələni edəcəm ki, qələbə qazanaq. Zaqrebdəki oyundan sonra futbolçularla da yığışıb söhbət etmişik. Məğlubiyyəti müzakirə etmişik. "Dinamo" ilə sabahkı oyunda son nəfəsizmizə qədər, lazım olarsa qan çıxana qədər mübarizə aparacağıq".
E.Mpenza səfər oyununda şansları dəyərləndirmədiyinə görə təəssüfləndiyini qeyd edib: "Səfərdə komandamız yaxşı oynadı. Mən qol şanslarını dəyərləndirə bilmədim. Sabahkı oyunda şansları dəyərləndirməyə çalışacam. Əlimizdən gələn hər şeyi edəcəyik. Əsas mənim meydanda aktiv olmağım, komandama kömək etməyimdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB