Çimərlik voleybolu üzrə Bakı şəhər kuboku keçirilib

Çimərlik voleybolu üzrə Bakı şəhər kuboku keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq "Kresent-Biç" çimərliyində qızlar və oğlanlar arasında çimərlik voleybolu üzrə Bakı şəhər kuboku keçirilib. Yarışda "Nəqliyyatçı", "İqtisadçı", "Xətai-1","Xətai-2", "Bakı-1", "Bakı-2", "RİOEUGİM", "Sərhədçi-1", "Sərhədçi-2", "Sabunçu" və s. komandalar iştirak ediblər.

Yarışın nəticələrinə görə, oğlanlar arasında I yerə "Sərhədçi-1" komandası, II yerə "Sərhədçi-2" komandası, III yerə isə "Xətai-2" komandası, qızlar arasında I yerə "Nəqliyyatçı" komandası, II yerə "Bakı-1" komandası, III yerə isə "İqtisadçı" komandası layiq görülüblər..

Yarışda I, II və III yeri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə