Junivan Suares "Simurq"da məşqlərə başlayıb

Junivan Suares "Simurq"da məşqlərə başlayıb

Junivan Suaresin çıxış edəcəyi klub müəyyənləşib.Siasport.az saytı xəbər verir ki, "Kəpəz"dən ayrılan futbolçu "Simurq"la anlaşıb.

Braziliyalı futbolçu artıq Zaqatala klubunun düşərgəsində məşqlərə başlayıb. Suares yeni baş məşqçi Sergey Yuranla da tanış olub.

Qeyd edək ki, Suares ölkəmizdə "Turan", "Olimpik-Şüvəlan" (indiki AZAL) və "Gəncə"də (indiki "Kəpəz") çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə