AZAL qardaş ölkədə 5 yoxlama oyunu keçirəcək

AZAL qardaş ölkədə 5 yoxlama oyunu keçirəcək

Türkiyənin paytaxtı Ankara yaxınlığındakı Qızılcahamam qəsəbəsində təlim-məşq toplanışı keçən AZAL qardaş ölkədə 5 yoxlama oyununda qüvvəsini sınayacaq. Siasport.az saytı xəbər verir ki, yeni baş məşqçisi Elxan Abdullayevin rəhbərliyi altında hazırlıq keçən "təyyarəçilər"in rəqibləri də artıq məlumdur.

İyulun 19-da İranın "Persepolis" klubu ilə qarşılaşacaq AZAL 3 gün sonra bu ölkənin başqa bir komandasını - "Şahin"i sınağa çəkəcək. AZAL-ın üçüncü rəqibi də İran klubu olacaq. Belə ki, "təyyarəçilər" iyulun 25-də "Fulad"la qarşılaşacaq. İki gün sonra Türkiyənin "Konyaspor" klubu ilə üz-üzə gələcək bakılılar iyulun 29-da son sınaq matçını keçirəcək. Sonuncu rəqibin kimliyi isə hələ məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə