Azərbaycan boksçuları Avropa birinciliyində 2 qızıl, 1 gümüş və 7 bürünc medal qazandılar

Azərbaycan boksçuları Avropa birinciliyində 2 qızıl, 1 gümüş və 7 bürünc medal qazandılar

Rusiyanın Qroznı şəhərində məktəblilər arasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, komandamız yarışda 2 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıb. Boksçularımızdan - Tayfur Əliyev (50 kq) və Rövşən Musayev (59 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hər iki boksçumuz finalda Rusiya nümayəndələrini məğlub ediblər. Əliyev İvan Kozlovskini, Musayev isə Matvey Dyomini üstələyib. Daha bir Azərbaycan-Rusiya dueli isə 54 kq çəki dərəcəsində yaşanıb. Elvin Məhərrəmov həlledici görüşdə Boqdan Krayevə uduzaraq, gümüş medala sahib olub. Pərviz Quliyev (40 kq), Elməddin İsmayılov (44,5 kq), Sərxan Əliyev (46 kq), Həsən Abbasov (48 kq), Ənvər Qarayev (56 kq), Hüseyn Tarıverdiyev (62 kq) və Təbriz Hacızadə (68 kq) isə qitə birinciliyindən bürünc medalla dönüblər. Yarışa 14 boksçu ilə yollanmış yığmamız ümümkomanda hesabında 3-cü yeri tutub.


Bütün xəbərlər Facebook səhifəmizdə