Karlos Tevezin yeni mövsümdə oynayacağı klub məlumdur!

Karlos Tevezin yeni mövsümdə oynayacağı klub məlumdur!

İngiltərənin \"Mançester Siti\" futbol klubunun argentinalı futbol ulduzu Karlos Tevezin karyerasını davam etdirəcəyi klub da məlumdur. Siasport.az saytı xəbər verir ki, argentinalı futbolçu ingilis klubundan ayrılmağda israrlı olduğu kimi, futbol həyatını Avropada davam etdirməyə də o cür inadla yanaşır. K.tevez Argentina və Braziliyada futbol oynamağa qarşıdır. İtaliyanın \"Corriere dello Sport\" qəzeti yazır ki, İtaliyanın \"İnter\" klubu argentinalı futbolçunu heyətində görməyə çox israrlıdır. Belə ki, \"İnter\"in prezidenti Moratti də onu heyətə cəlb etmək üşün şəxsən özü hərəkətə keçib. Artıq ingilis klubu ilə danışıqlara başlayan \"İnter\" təmsilçiləri, K.Tevezdən də müsbət cavab ala biliblər. Sən demə, futbolçunun özü də bir çox argentinalının heyətində çıxış etdiyi italyan klubunda oynamağa müsbət yanaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə