"Qalatasaray" futbol klubunun keçmiş baş məşqçisi, Almaniyanın tanınmış futbol mütəxəssislərindən sayılan Mixael Skibbe, yenidən Türkiyə Superliqasında çalışacaq. Siasport.az saytı xəbər verir ki, futbol oyunlarının alqı-satqısı üzrə keçirilən əməliyyatlarda günahkar bilinərək həbs olunan Türkiyənin "Eskişehirspor" futbol klubunun baş məşqçisi Bülənt Uyğunla yollarını ayıran Eskişehir təmsilçisi, almaniyalı futbol mütəxəssisi ilə sabah müqavilə imzalayacaq. Türkiyə mətbuatı xəbər verir ki, artıq klubun prezidenti Halil Ünal bu gün səhər M.Skibbe ilə görüşərək bütün detalları razılaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB