"Kəpəz" yenidən sponsorsuz qalıb. Siasport.az saytı xəbər verir ki, Gəncədəki mənbənin Fanat.az-a verdiyi məlumata görə, klubun əsas sponsoru - "Aznur" MMC klubu maliyyələşidrməkdən imtina edib.
Mənbənin verdiyi məlumata görə, şirkət imtinaya maliyyə problemlərini səbəb göstərib. Belə ki, şirkətdə maliyyə çatışmamazlığı yarandığından "Aznur" "Kəpəz"i sponsporsuz qoymaq qərarına gəlib.
Xatırladaq ki, yanvar ayında da "Aznur" həmin vaxt "Gəncə" adlanan klubu maliyyələşdirməkdən imtina etmişdi. Lakin şirkət sonradan klubu yenidən öz himayəsinə götürdü.
Onu da qeyd edək ki, "Aznur" MMC avtobus və digər avtomobil növlərinin ehtiyat hissələrinin istehsalı, həmçinin satışı, təmir və servis xidmətilərilə məşğul olur. "Aznur" MMC bir sıra xarici şirkətlər, təşkilat və birgə müəssisələrlə əməkdaşlıq edir, onların Azərbaycandakı nümayəndəliyi funksiyasını yerinə yetirir. Şirkət həmçinin yük maşınlarının satışı ilə də məşğul olur.
"Aznur" MMC Ulyanovsk avtomobil zavodunun Azərbaycandakı rəsmi distribütorudur. Bu şirkətin Gəncə Avtomobil Zavodunun direktoru, Gəncə Futbol Federasiyasının prezidenti Xanlar Fətiyevə məxsus olduğu deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB