Deyəsən "Mançester Yunayted" futbol klubunun qocaman baş məşqçisi Ser Aleks Ferqyuson yaşlandıqca "cavanlıq səhvlərini" bir-bir etiraf etməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, belə olmasaydı "qırmızı şeytanlar"ın şotlandiyalı baş məşqçisi 7 il əvvəl buraxdığı səhvi etiraf etməzdi. S.A.Ferqyuson "Tribalfootball.com"a açıqlamasında məhz düz 7 il əvvəl hazırda bir başqa ingilis klubu olan "Çelsi"nin çexiyalı qapıçı Petr Çexin imkanlarını düzgün qiymətləndirmədiyini etiraf edib. Həmin vaxt Çex Fransa "Renn"ində çıxış edirmiş. S.A.Ferqyuson qolkiperin oyununa baxdıqdan sonra onun çox gənc olduğu qənaətinə gəlib. Nəticədə "Mançester Yunayted" Çexi almayıb və qapıçı 2004-cü ilin yayında 22 yaşında ikən "Çelsi"yə 7 milyon funt sterlinqə keçib. Həmin vaxtdan o, "zadəganlar"ın əsas qolkiperi və öz ampluasında dünyanın ən yaxşı oyunçularındandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB