"Qarabağ" klubu artıq vətənə qayıdıb

"Qarabağ" klubu artıq vətənə qayıdıb

"Qarabağ" klubu artıq vətənə qayıdıb. Siasport.az saytı xəbər verir ki. iyulun 14-ü Farer adalarında "Streymur"la qarşılaşan komanda bu səhər Azərbaycana varid olub. Səhər saat 5 olmasına baxmayaraq sadiq azarkeşlər yenə də komandanı tək buraxmayıblar. Hava limanına gələrək futbolçuları dəstəkləyən azarkeşlər komandaya inandıqlarını bir daha göstəriblər.

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandaya istirahət verməyib. Bu gün saat 17:00-da yığışacaq komanda məşqə yollanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə