"Neftçi"nin cavab görüşünün bütün hakimləri müəyyənləşdi

"Neftçi"nin cavab görüşünün bütün hakimləri müəyyənləşdi

"Neftçi" PFK-nın UEFA Çempionlar Liqasında Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə keçirəcəyi ikinci təsnifat mərhələsinin cavab oyununa köməkçi hakimlərin də təyinatı baş tutub. Siasport.az saytı xəbər verir ki, estoniyalı baş hakim Hannes Kaasikə həmyerliləri - Marko Livand və Yaanus Mutli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rumer Tarayev yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 19-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Dinamo" oyunu saat 21:00-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə