Bu gün Çinin Ninbo şəhərində şahmat üzrə komandalar arasında dünya çempionatının açılış mərasimi olacaq. Siasport.az saytı xəbər verir ki, yarışın ilk turu iyulun 17-də keçiriləcək. Çempion titulu uğrunda dünyanın 10 ən güclü yığma komandası mübarizə aparacaq – yarışın təşkilatçısı Çin, Ümumdünya Olimpiadasında ilk 4 yeri tutmuş Rusiya, Ukrayna, İsrail və Ukrayna komandası, kontinental çempionları - Azərbaycan komandası, Hindistan, ABŞ, Misir və FİDE prezidentindən dəvət almış Ermənistan yığması.
Rusiya (2743): Sergey Karyakin, Aleksandr Qrişşuk, Pyotr Svidler, Yan Nepomnyaşşiy, Nikita Vityuqov.
Azərbaycan (2715): Şəhriyar Məmmədyarov, Vüqar Həşimov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qadir Hüseynov.
Ukrayna (2714): Vasili İvançuk, Pavel Elyanov, Zaxar Yefimenko, Sergey Moiseyenko, Aleksandr Areşşenko.
Çin (2684): Van Yue, Van Xao, Li Çao, Yuy Yanyi, Din Liren.
Macarıstan (2680): Petr Leko, Zoltan Almaşi, Yudit Polqar, Çaba Baloq, Viktor Erdoş.
Ermənistan (2678): Levon Aronyan, Serqey Movsesyan, Vladimir Akopyan, Qabriel Sarkisyan, Robert Oqanisyan.
ABŞ (2655): Qata Kamski, Aleksandr Onişşuk, Yuri Şulman, Yaser Seyravan, Robert Hess.
İsrail (2649): Emil Sutovski, Mixail Roiz, İlya Smirin, Yevgeni Postnıy, Tamir Nabati.
Hindistan (2639): Krişnan Saşikiran, Pentala Harikrişna, Parimarcan Neqi, Suriya Şehar Qanqulı, Narayan Qopal.
Misir: Əhməd Adli, Bassem Amin, Essam El-Qindi, Semi Şoker, Məhəmməd Ezat.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB