"UltraNeftçi" fanklubu fanatlarla görüş keçirib

"UltraNeftçi" fanklubu fanatlarla görüş keçirib
"UltraNeftçi" fanklubu fanatlarla görüş keçirib. Siasport.az saytı xəbər verir ki, görüşdə "Neftçi" - "Dinamo" oyunu müzakirə olunub. Müzakirələrdən sonra oyuna ciddi hazırlıqlara başlanılıb. "Neftçi" fanatları Bakıdakı oyundan yalnız qələbə gözlədiklərini və komandalarının 4 qol vuracağına inandıqlarını bildiriblər. Oyun günü bütün fanatları oyuna dəvət edən fanklub rəhbəri Ceyhun Əzizli hər bir fanata bilet verəcəyini bildirib: "Oyun günü hər kəsi ofisimizə gözləyirik. Oyundan 3-4 saat öncə ofisdə yığışıb stadiona gedəcəyik. Ofisimizə gələn fanatlarımızı biletlə təmin edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə