\"Qarabağ\" və \"Xəzər Lənkəran\" II təsnifat mərhələsini adlasa, hansı klubla qaşılaşacaq?-PÜŞKATMA
Xəbər verdiyimiz kimi, İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirdəki təmsilçilərimiz II təsnifat mərhələsini adlayacağı təqdirdə, püşkün nəticəsinə əsasən, aşağıdakı komandalarla qarşılaşacaq:
\"Zelezniçar\" (Bosniya və Herseqovina)/\"Şerif\" (Moldova) cütünün qalibi (ilk oyun - 1:0) – \"Makkabi\"/\"Xəzər Lənkəran\" cütünün qalibi
\"Brügge\" (Belçika) – \"Streymur\"/\""Qarabağ\" cütünün qalibi
Xatırladaq ki, ikinci təsnifat mərhələsinin ilk oyununda \"Xəzər Lənkəran\" səfərdə \"Makkabi\" klubuna 1:3 hesabı ilə məğlub olub. \"Qarabağ\" isə səfərdə \"Streymur\"la heç-heç edib – 1:1. Klublarımızın növbəti mərhələyə çıxıb-çıxmayacağı iyulun 21-də keçiriləcək cavab oyunlarından sonra müəyyənləşəcək.
III təsnifat mərhələsinin ilk oyunları iyulun 28-də, cavab qarşılaşmaları isə avqustun 4-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB