\"Neftçi\" II təsnifat mərhələsini keçərsə, HİK - \"Banqor Siti\" cütünün qalibi ilə qarşılaşacaq

\"Neftçi\" II təsnifat mərhələsini keçərsə, HİK - \"Banqor Siti\" cütünün qalibi ilə qarşılaşacaq

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Siasport.az saytı xəbər verir ki, turnirdəki təmsilçimiz \"Neftçi\" II təsnifat mərhələsinin adlayacağı təqdirdə, püşkün nəticəsinə əsasən, HİK (Finlandiya) - \"Banqor Siti\" (Uels) cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, ÇL-in ikinci təsnifat mərhələsi çərçivəsində keçirdiyi ilk oyunda \"Neftçi\" səfərdə Xorvatiyanın \"Dinamo\" (Zaqreb) klubuna 0:3 hesabı ilə məğlub olub. HİK - \"Banqor Siti\" mübarizəsində isə rəqib meydanında 3:0 hesablı qələbə qazanan Finlandiya təmsilçisinin növbəti mərhələyə yüksəlmək şansı daha çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə