\"Qoca sinyora\" Karlos Tevez üçün 45 molyon avrosundan keçməyə hazırdır!
Hazırda İngiltərənin \"Mançester Siti\" futbol klubunda çıxış edən argentinalı Karlos Tevezin \"elçiləri\" artmaqda davam edir. Siasport.az saytı xəbər verir ki, son günlər ardıcıl olaraq \"Mançester Siti\"dən getmək istədiyini dilə gətirən K.Tevezə, ingilis klubu 50 milyon avro transfer qiyməti qoyub. Amma bütün bunlara baxmayaraq K.Tevezi öz heyətində görmək istəyən klubların sayı durmadan artır. Bunların sırasına isə daha bir klub da daxil olub. belə ki, İtaliyanın "Yuventus" klubu da "Mançester Siti"sinin futbolçusu uğrunda mübarizəyə qoşulub. "Sky Sports" xəbər verir ki, turinlilər Teves üçün 45 milyon funt sterlinq təklif ediblər. Sözsüz ki, \"qoca sinyora\"nın təklifini ingilis klubu da dəyərləndirməli olacaq. Çünki bundan əvvəl K.Tevezi transfer etmək istəyən klublar ən yaxşı halda 35 milyon avro təklif edirdilər. İtalyan təmsilçisinin təklif etdiyi rəqəm isə ingilis klubunu qane edə bilər. Çünki arada 5 milyon avroluq fərq var. Bu isə danışıqların müsbət nəticələnəcəyindən xəbər verir. İndi son söz argentinalıya məxsusdur. Ya Avropa, ya da doğma Argentina!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB