Mirça Rednik: “Nəticəyə görə məyusam"-AÇIQLAMA

Mirça Rednik: “Nəticəyə görə məyusam"-AÇIQLAMA

"Nəticəyə görə məyusam. Futbolçularımdan bundan artıq nəsə tələb edə bilmərəm. Bəzi oyunçular daha yaxşı hazırlaşmaq üçün imkan tapa bilmədilər". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Makkabi" (Tel Aviv) - "Xəzər Lənkəran" oyunundan sonra təşkil olunmuş mətbuat konfransında cənub təmsilçisinin baş məşqçisi Mirça Rednik deyib. O, iki qolu rəqibə hədiyyə etdiklərini bildirib: "Düşünürəm ki, nəticə o qədər də ümidsiz olmağa əsas vermir. Üstəlik qol vəziyyətlərimiz də oldu, amma dəyərləndirə bilmədik. Lənkəranda möhtəşəm atmosferdə müsbət nəticə əldə etmək mümkündür". Baş məşqçi qısaca olaraq oyunun idarəçiliyinə toxunub: "Üçüncü qolda Kamrana qarşı kobudluq var idi və həmçinin Oparaya qarşı qayda pozulsa da penalti verilmədi".

Rednik ayrılıqda hansısa futbolçuda günah olması fikrini istisna etdi: "Nəticəyə hamı cavabdehdir. Bu oyunda da hiss olundu ki, bir neçə mövqedə çatışmazlıqlar qalmaqdadır. Bu gün bir çox futbolçu ona doğma olan mövqedə çıxış etmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə