Angela Merkel Məsut Özilin fanatı imiş...

Angela Merkel Məsut Özilin fanatı imiş...
Almaniyanın Kansleri olan xanım Angela Merkel də sən demə İspaniyanın \"Real\" futbol klubunun türk əsilli alman futbolçusu Məsut Özilin fanatı imiş. Siasport.az saytı xəbər verir ki, Almaniya dövlətinin Kansleri alman jurnalistlərinə verdiyi açıqlamada qeyd edib ki, o, \"Real\"da forma geyinən M.Özillə qürur duyur. Almaniyanın məşhur \"Bild\" qəzetinə müsahibəsində futbol ilə bağlı fikirlərini dilə gətirən A.Merkel M.Özilin tərifini göylərə qaldırıb:
\"Məsut Özilin \"Real\"da gözəl futbol oynaması və özünə hörmət qazanması bütün Almaniya üçün də qürurvericidr. O bizim İspaniyadakı futbol üzrə səfirimizdir. Oynadığı futbolla o təkcə özünə deyil, bütün Almaniyaya hörmət və nüfuz qazandırır\"-deyə Almaniya Kansleri fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə