Diyeqo Forlan "Atletiko Madrid"in rəhbərliyini yenə "daşa tutdu"!

Diyeqo Forlan "Atletiko Madrid"in rəhbərliyini yenə "daşa tutdu"!

Neçə müddətdir ki, adı İstanbulun "Qalatasaray" futbol klubu ilə çəkilən İspaniyanın "Atletiko Madrid" futbol klubunun uruqvaylı futbolçusu Diyeqo Forlan, İspaniyanın rəsmi informasiya agentliyi olan "EFE"dəki müsahibəsində bir sıra fikirlərlə çıxış edib, öz klubundakı hazırkı durumuna dair sərt açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, uruqvaylı ulduz futbolçu adının bir sıra klubların transfer siyahılsında çəkilməsinə etiraz edərək bildirib ki, kimlərsə xüsusi şəkildə onu "Atletiko Madrid"dən uzaqlaşdırmaq istəyirlər. O, Madrid təmsilçisinin rəhbərliyində təmsil olunan bəzi şəxslərin bilərəkdən onu İspaniya klubundan "təqaüdə göndərmək" istədiklərini də dilə gətirib. Bütün bunlara baxmayaraq d.Forlan hələ mövcüd müqavilə ilə 2 il "Atletiko Madrid" futbol klubunda futbol həyatına davam edəcəyini və bundan da məmnun olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə